və ya – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir.

Tarixi Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür.

Xüsusiyyətlər Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.

Məbəddə döş formasında heykəllərə və üzərində döş təsviri olan emalara rast gəlinir. Bir çox hamilə qadın rahat uşağ doğumu, sağlam həyat və laktasiya üçün məbədi ziyarət etməyə gəlir.

Qalereya

İstinadlar

Kateqoriya:Ayçi prefekturasındakı dini tikililər Kateqoriya:Yaponiyadakı buddist məbədləri Kateqoriya:1492-ci ildə yarananlar Kateqoriya:Yeri dəyişdirilmiş tikililər Kateqoriya:Komaki