– Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur.

Tarixi Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır.

1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir.

Xüsusiyyətlər Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir. Məbəd kompüter mühəndisləri, proqramçılar, telefon xidməti provayderləri arasında populyardır. Elektrikli nəqliyyat vasitələrinə sahib şəxslər təhlükəsiz səyahət üçün bu məbəddə dua edirlər.

Məbəddə satılan omamorilər 16 qiqabaytlıq SD yaddaş kartı formasındadır. Məbədin illik festivalı 23 may tarixində baş tutur.

Qalereya

İstinadlar

Kateqoriya:Kiotodakı şintoist məbədləri Kateqoriya:Elektrik