Ruqiyə Sultan () — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Həyatı Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyaəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi.

Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi. Ancaq doğuşdan cəmi 6 ay sonra Ruqiyə Sultanın səhhəti pisləşdi və müalicə məqsədilə getdiyi Budapeştdə 20 fevral 1927-ci ildə vəfat etdi. Cənazəsi Budapeştdə yerləşən XVI əsrə aid Gülbaba türbəsinə dəfn edildi.

Şəcərəsi Behiyə Əməl Nuricihan Sokollu (d. 15 iyun 1925, Beyrut) — 1951-ci ildə Camal Hodo ilə (d. 1900 - ö. 1977) evləndi və 3 övladı oldu:

Banu Hodo (d. 1952) Bala Hodo (d. 1955) Nazim Hodo (d. 1958)

Mənbə

Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32 Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. p. 211. ISBN 978-9-774-16837-6 Murat Bardakçı (2008). Son Osmanlılar: Osmanlı hanedanı'nın sürgün ve miras öyküsü. İnkılâp. p. 58. ISBN 978-975-10-2616-3

Kateqoriya:XX əsr Osmanlı sultanlarının qızları