Behiyə Sultan () — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Həyatı Behiyə Sultan 20 sentyabr 1881-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Behiyə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 17 fevral 1910-cu ildə məhz bu sarayda Hafiz Haqqı Paşayla nikahlandı. Nikah mərasimi əsnasında bacısı Ruqiyə Sultan da Əbdülməcid Heydər bəylə (d. 1889 - ö. 23 noyabr 1965) nikahlandı. Hər iki sultanın toy mərasimi isə 12 yanvar 1911-ci ildə Vasif Paşa köşkündə baş tutdu. Ancaq nə Behiyə Sultanın, nə də Ruqiyə Sultanın bu nikahlarından övladları olmadı. Behiyə Sultan Hafiz Haqqı Paşanın 1915-ci ildə vəfatının ardından bir daha evlənmədi.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Behiyə Sultan da sürgünə göndərildi. Sürgün illərini Qahirə yaxınlığındakı Maadi qəsəbəsində keçirən Behiyə Sultan 5 mart 1948-ci ildə evində vəfat etdi. Cənazəsi Qahirədəki Əbdülhəlim Paşa türbəsinə dəfn edildi.

Mənbə

Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32 The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. p. 279. ISBN 978-0-292-78335-5 Brookes, Douglas S. (February 4, 2020). On the Sultan's Service: Halid Ziya Uşaklıgil's Memoir of the Ottoman Palace, 1909–1912. Indiana University Press. pp. 83 n. 5. ISBN 978-0-253-04553-9 Salnâme-i Devlet-i Âliyye-i Osmanîyye, 1333-1334 Sene-i Maliye, 68. Sene. Hilal Matbaası. 1918. pp. 72–73 Yılmaz Öztuna (1978). Başlangıcından zamanımıza kadar büyük Türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi. Ötüken Yayınevi. p. 165

Kateqoriya:XX əsr Osmanlı sultanlarının qızları