Ekvador (isp. Ecuador) və ya rəsmi adı ilə Ekvador Respublikası (isp. República del Ecuador) — Cənubi Amerikada dövlət. Ekvador Cənubi Amerikanın şimal-qərbində yerləşir. Şimalda Kolumbiya, şərqdə və cənubda Peru ilə həmsərhəddir. Qərbdə isə Sakit okeana çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Kito, ümumi sahəsi 256,370 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ekvador həmçinin materikdən təxminən 1000 kilometr qərbdə yerləşən Sakit okeandakı Qalapaqos adalarını da əhatə edir.
Tarixi Hazırkı Ekvadorun ərazisi ispanlar tərəfindən 1534-cü ildə zəbt edilmişdir. 1739-cu ildə bu ölkənin ərazisi Kolumbiyanın və Venesuelanın da daxil olduğu Yeni Qrenada Vitse-Krallığının tərkibinə daxil olur. 1822-ci ildə Böyük Kolumbiyanın bir hissəsinə çevrilir. 1830-cu ildə isə istiqlaliyyət qazanır. 1863-cü ildə ərazi mübahisəsindən iki ölkə arasında Kolumbiya-Ekvador müharibəsi baş verir. Ekvadorun əsas geosiyasi rəqəbi Perudur.
İstinadlar
Kateqoriya:Unitar dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Respublikalar Kateqoriya:Unitar respublikalar