Trinidad və Tobaqo () və ya rəsmi adı ilə Trinidad və Tobaqo Respublikası ()— Karib hövzəsində Vest-Hind regionunda ada-dövlət. Ölkə iki əsas adadan: Trinidad, Tobaqo və digər kiçik adalardan ibarətdir. Trinidad və Tobaqo Venesueladan şimal-şərqdə, Qrenadadan 130 km cənubda, Barbadosdan qərbdə yerləşir. Ərazisi 5,131 kvadrat kilometrdir. Paytaxtı Port-of-Speyn, ən böyük şəhəri Çaquanasdır.

Tarixi Ölkə İngiltərədən 31 avqust 1962-ci ildə ayrıldığını elan etmişdir. Konstitusiya isə bu istiqamətdə 1 avqust 1976-cı ildə qəbul edilmişdir.

Coğrafiyası Ölkə Karib adaları, Karib dənizi və Şimal Atlantik Okeanı arasında adalar, Venesuelanın şimal-şərqində yerləşir. Ölkə xəritədə Mərkəzi Amerika və Karib adaları içində görünür. Ölkənin hər iki adasının sahəsi birlikdə 5.128 km²-dir.

Başqa ölkələr ilə quru sərhədi yoxdur. Sahil xətti 362 km-dir. Ancaq qabarma-çəkilmələr nəticəsində bu, azalıb-çoxala bilər. Bölgədə tropik iqlim hakimdir. Ərazi quruluşca düzənlik və dağlardan ibarətdir. Ölkənin ən yüksək nöqtəsi 940 m-lik "Əl Cerro deş Aripo"dur.

Trinidad və Tobaqonun əsas sərvətləri neft, təbii qaz və asfaltdır. Ərazinin 15%-i əkinçiliyə yararlıdır və 2%-i də otlaqlar təşkil etməkdədir. Ölkənin 46% -i meşəlikdir. Ölkənin 220 km²'-i suvarıla bilir.

İqtisadiyyatı Pul vahidi Trinidad və Tobaqo dollarıdır.

İKT Ölkədə 243.000-ə yaxın telefon xətti var. Ölkənin telefon kodu isə 1868-dir.

Nəqliyyat Ölkədə 8.320 km quru yolu şəbəkəsi var. Ölkədə hər hansı bir kanal yoxdur. Ölkədə xam neft daşıyan 1.032 km; neft məhsulları daşıyan 19 km və təbii qaz daşıyan 904 km boru xətti mövcuddur. Ölkədə "Point-a-Pierre", "Point Fortin", "Point Lisas", "Port-of-Spain", "Scarborough" və "Tembladora" limanları mövcuddur. Ölkədə 6 hava limanı var.

İstinadlar

Xarici keçidlər ILGA

Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Ada dövlətlər Kateqoriya:1962-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Unitar respublikalar