Enrike Qomez Munoz () və ya Spenser (; ) — hücumçu mövqeyində çıxış etmiş İspaniya futbolçusu.
Klub karyerası İspaniyanın Sevilya şəhərində anadan olan Spenser 1913-cü ildə, 15 yaşında doğma klubu "Sevilya FK"-ya qoşulmuşdur. O, karyerasının böyük əksəriyyətini burada keçirmişdir. Spenser diqqətini dərslərə cəmləməsi üçün futbol oynamağı dayandırmasını istəyən atasını yanıltmaq üçün bu ləqəblə oyun keçirmişdir. Spenser hərbi xidmətini yerinə yetirmək üçün Ovyedo şəhərinə köçürüldükdən sonra "Real Ovyedo FK"-da çıxış etmişdir.
Ölümü Spenser apandisit cərrahiyyəsi zamanı yaranan fəsadlar səbəbindən 14 mart 1926-cı ildə, 27 yaşında vəfat etmişdir. Həmin gün "Sevilya"nın həmin il İspaniya Kral Kubokunda "Real Madrid FK"-nı qarşıladığı ev oyunundan əvvəl bir dəqiqəlik sükutla yad edilmişdir. Oyundan sonra hər iki komandanın oyunçuları onun tabutunu minlərlə azarkeşin iştirakı ilə qəbiristanlığa aparmışdır.
İstinadlar
Xarici keçidlər
Spain stats at European-Football
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının futbolçularıı