Avstraliya Alp dağları () — Böyük Suayırıcı silsiləsinin ən yüksək hissəsi.

Xüsusiyyətləri Avstraliya Alp dağlarının uzunluğu təqribən 400 kilometrdir. Onun ən hündür zirvəsi 2,300 metr hündürlüyündə olan Kostyuşka dağıdır. Bu, eyni zamanda Avstraliya materikinin ən yüksək nöqtəsidir. Avstraliya Alp dağlarının şimal-qərbindən Avstraliyanın əsas çayı olan Mürrey başlanır. Avstraliya Alp dağları Avstraliyada ən sərt iqlimli yerdir. Yamacları 1,200 metrə qədər evkalipt və ağacabənzər ayıdöşəyi meşələri, daha yuxarılar ali çəmənliklərdir.

İstinadlar

Xarici keçidlər

Australian Alps National Parks official website

Kateqoriya:Avstraliya dağları