thumb|Bakıda yerləşən bir Traveler's Coffee kafesi. Azərbaycanda qəhvə getdikcə populyarlaşan içki növlərindən biridir. Ölkədə qəhvə mədəniyyəti son 10 ildə formalaşıb. Azərbaycanda Starbucks, Gloria Jean's, Traveler's Coffee, Second Cup, Double Coffee, Coffeemania kimi qəhvəxana şəbəkələri fəaliyyət göstərir.
Tarix Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur. Kakao, qəhvə və s. kimi Şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi.
Mədəniyyət 2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur. 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir. "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.
2025-ci ildə Azərbaycanda ilk dəfə "Sea Breeze Event Hall" məkanında "Azerbaijan Coffee Cup 25" adlı Qəhvə Çempionatı keçirilmişdir. Müsabiqədə 15 aparıcı qəhvə məkanı və onların komandaları iştirak etmişdir. 20 may 2026-cı ildə Xankəndidə 2 gün davam edən Çay və Qəhvə festivalı keçirilmişdir.
İstehsal və istehlak Azərbaycanda qəhvə yetişdirilmir və təbii şərait buna imkan vermir. Azərbaycanda qəhvə istehsal olunmasa da, qəhvə istehlakı son illər artmaqdadır. 2016-cı ildə Azərbaycana 120 min ton qəhvə gətirildiyi halda, bu göstərici 2017-ci ildə 240 min tona yüksəlib. 2025-ci ilin I yarısında Azərbaycana 51,3 milyon dollar dəyərində qəhvə idxalı olmuşdur.
İstinadlar
Kateqoriya:Avropada qəhvə Kateqoriya:Asiyada qəhvə Qəhvə