Sergey Xaçirov (; ) — Sovet və Cənubi Osetiya şairi, nasir və dramaturq. Bioqrafiyası 1918-ci ildə Aşağı Suben kəndində kəndli ailəsində anadan olmuşdur. Erkən yaşlarında yetim qalır, nənəsinin himayəsində böyüyürРада Дзагоева, Сергей Хачиров — подзабытое национальное достояние . İlk təhsilini Zakkor kəndindəki alır, sonra 1933-cü ildə Şimali Osetiyaya köçür və təhsilini Alaqirdəki yeddi illik məktəbdə davam etdirir. 1934-cü ildə Şimali Osetiya Pedaqoji Texnikumuna daxil olur, sonra “Gənc kommunist” qəzetinin redaksiyasında mədəniyyət və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1937-ci ildə ilk şeirlərini Şimali Osetiya dövri mətbuatı səhifələrində dərc etdirir. 1942-ci ildə Şimali Osetiya Pedaqoji İnstitutunu bitirib Trau kəndindəki orta məktəbdə direktor işləməyə başlayır. 1943-1945-ci illərdə Orjonikidzedə "Rastcinad" qəzetinin komsomol həyatı şöbəsinin müdiri, 1945-1948 -ci illərdə Şimali Osetiyanın Qlavlitində işləmiş və 1948-1951-ci illərdə Şimali Osetiya Pedaqoji İnstitutunun aspiranturasında oxumuşdur.

1955-ci ildə Cənubi Osetiyaya qayıdır və Tsxinvalidəki "İriston" kitab nəşriyyatının direktoru vəzifəsində işləməyə başlayır. Daha sonra Cənubi Osetiya radiosunun ədəbi və musiqili yayımının redaktoru, "Fidiuaq" ədəbi jurnalının nəsr rəhbəri vəzifələrində çalışır.

Çoxsaylı hekayələrin, şeirlərin, pyeslərin, romanların, tənqidi məqalələrin müəllifidir. 1988-ci ildə ilk şeirlər toplusunu ayrıca olaraq nəşr etdirir. Onun lirik poeziyası osetin bəstəkarları Kristofer Pliev, Zinaida Xabalova, Dudar Xaxanov, Timur XarebovunУляна Джиоева, Песни на стихи Сергея Хацырты стали народными . diqqətini cəlb etmişdir. "Şəhərdə bir qızla tanış oldum" (), "Liaxva dərələrdə oxuyur" (), "Səni harada tapa bilərəm" () şeirlərinə musiqi bəstələnmiş, möhtəşəm sənət əsəri ortaya çıxmışdır. Sovet dövründə populyarlaşmış və xalq mahnıları kimi qəbul olunmağa başlanmışdır. Osetiya teatrlarının səhnələrində səhnələşdirilən "Dostlar" (), "Qəhrəmanlar haqqında poema" (), "Yuvarlanan daş" () pyeslərini yazmışdır. Osetiya dramaturgiyasında ilk satirik pyes sayılan “Dudar və dostları” () pyesinin müəllifidir.

Osetiya xalqının müstəqilliyi uğrunda mübarizəsinə həsr etdiyi "Narahatlıq" romanı () Osetiya ədəbiyyatında ikinci tetralogiya olur.

2007-ci ildə Vladiqafqazda vəfat etmişdir. İstinadlar

Ədəbiyyat Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 260—261, ISBN 978-5-7534-1499-01 Mənbə Рада Дзагоева, Сергей Хачиров — подзабытое национальное достояние Уляна Джиоева, Песни на стихи Сергея Хацырты стали народными