Tsin Şupey (; ) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir. Boyu 178 santimetrdir.

İlk illəri Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir.

Karyerası thumb|left|Podiumda. Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır. 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.

2012-ci ildə ilk dəfə olaraq Victoria's Secret Dəb Şousunda iştirak etmişdir. 2017-ci ildə Çinin Şanxay şəhərində baş tutan Victoria's Secret Dəb Şousunda da podiuma çıxmışdır.

2010-cu ildə 60 şou üçün modellik etmiş və 2011-ci ildə Models.com saytı tərəfindən Top-50 model siyahısına salınmışdır.. Maybelline və Vera Wang brendlərinin mətbuat katibi seçilmişdir. 2010-cu ilin iyulunda Elle Stil Mükafatının qalibi olmuşdur.

2012-ci ildə Gucci, Burberry, Vera Wang, Chanel, Dior və Versace brendləri üçün podiuma çıxmışdır.

2015-ci ilin martında "Göydən düşən körpə" filmində aktrisa kimi debüt etmişdir. 2015-cu ildə Met qalasında iştirak edərək Tommy Hilfiger brendinin yüksək dəb libasını geyinmişdir.

27 aprel 2012-ci ildə Huayi Brothers Fashion Group və Elle tərəfindən təşkil olunan bir film tədbirinin səfiri olmuşdur. 19 may 2012-ci ildə NBAJam Liv adlı qeyri-kommersiya idman tədbirində iştirak etmişdir. 8 noyabr 2012-ci ildə Swarovski şirkətinin Şanxay şəhərində baş tutan incəsənət sərgisinin iştirakçısı olmuşdur.

2013-cü ildə Mark Ceykobsun "Olduğun dərini qoru" adlı dəri xərçənginə qarşı olan köynək layihəsində iştirak edərək nud modellik etmişdir.

Şəxsi həyatı Tsin 2012-ci ildə Huayi Brothers Fashion Group şirkətinin meneceri Zao Ley ilə evlənmiş, 2015-ci ildə isə ondan boşanmışdır. Daha sonra Edison Çen ilə münasibəti olmuşdur.

2017-ci ildə Alaya Çen adlı ilk qızı doğulmuşdur.

İstinadlar

Xarici keçidlər Fashion Model Directory profili

Models.com profili

Kateqoriya:Çin fotomodelləri Kateqoriya:Çin aktrisaları