İqor Yusufov (İqor Xanukoviç Yusufov; d. 12 iyun 1956, Dərbənd, Dağıstan MSSR, RSFSR, SSRİ) — rus dövlət xadimi, biznesmen; V.V.Putin və M.M.Kasyanov hökumətlərində Rusiya Dövlət Ehtiyatları Agentliyinin baş direktoru, 16 iyun 2001-ci ildən 9 sentyabr 2004-cü ilədək M.M.Kasyanov hökumətində və V.V.Putinin birinci prezidentliyi dövründə RF-in energetika naziri.Zenkoviç, N. Putin ensiklopediyası. Bakı, 2006, s. 762-765
Həyatı İqor Xanukoviç Yusufov 1956-cı ildə Dərbənd şəhərində anadan olmuşdur.
Təhsilini Novoçerkassk Politexnik İnstitutunun istehsalatın avtomatlaşdırılması və enerjinin paylanması şöbəsində mühəndis-elektrik ixtisası üzrə (1979, fərqlənmə ilə), beynəlxalq iqtisadiyyat ixtisası üzrə Xarici Ticarət Akademiyasında (1991) almışdır.
Orta məktəbi bitirdikdən sonra “Radioelement” zavodunda tornaçı işləmişdir. İnstitutda komsomol komitəsinin katibi olmuş, tikinti dəstələrində iştirak etmişdir. Son kursda Sov.İKP sıralarına daxil olur. Təyinatla Moskvaya düşür.
1979-cu ildən 1984-cü ilədək ““Mosenerqo” İstehsalat Birliyinin ən ağır İES-22 stansiyasında işləmişdir. Dairəvi avtomobil yoluna yaxın Kapotnı altında balaca bir mənzil alır. 1984-1987-ci illərdə Kubada “Havana” İstilik-Elektrik Stansiyasının tikintisində baş ekspert kimi çalışır. Akademiyanı bitirdikdən sonra “Dirçəliş” fondunda işləyir.
26.11.1991-ci ildən 30.09.1992-ci ilədək Rusiyanın iqtisadi maraqlarının müdafiəsi üzrə Komitə sədrinin müavini işləyir və funksiyası Xarici İqtisadi Əlaqələr Nazirliyinə keçmiş komitə ləğv edildikdən sonra “Müdafiə eksport” xarici ticarət birliyinin kuratoru olur,
“Russilahlanma”da onun yenidən qurulmasında iştirak edir. 05.04.1993-cü ildən 19.11.1993-cü ilədək RF xarici iqtisadi əlaqələr nazirinin müavini, 1994-1996-cı illərdə “Russilahlanma” konsernində rəhbər vəzifələrdə işləmişdir.
1995-ci ildə “Deryava” seçki birliyinin siyahısına daxil edilir (A.V.Rutskoyun hərəkatı). Siyahıya “Rutsk” SC-nin müşaviri kimi daxil edilmişdi. Hərəkat 5 faizlik maneəni keçə bilmədi. 23.12.1996-cı ildən 18.06.1997-ci ilədək RF sənaye nazirinin müavini idi.
Almaz və qızılçıxarma sahələrinə kuratorluq edirdi. 21 avqust 1998-ci ildə RF Dövlət Ehtiyatları Dövlət Komitəsi sədrinin müavini olur, 12.11.1998-ci ildə Dövlət Ehtiyatları Komitəsi sədrinin vəzifələrinin icraçısı, 23 dekabr 1998-ci ildə sədr təyin olunur.
Dövlət komitəsi Dövlət Ehtiyatları Agentliyinə çevrildikdən sonra onun baş direktoru təyin olunur. Birbaşa RF nazirliyinə tabe idi.
Təsdiqləyir ki, onun çekist kökləri yoxdur:
V.V.Putinlə o prezidentin Baş Nəzarət İdarəsinin başçısı işləyəndə tanış olub:
Sonra o, Təhlükəsizlik Şurasına keçdi və mən ona işim barədə qeydlər göndərirdim. Putin hər şeyə çox diqqətlə yanaşırdı (orada). “Rosrezerv”də işlədiyi son iki il ərzində İ.X.Yusufovun “Rosrezerv”in bir hissəsini özəlləşdirəcəyi barədə gəzən şayiələrə əsasən prezidentin Nəzarət İdarəsi, Hesablama Palatası və Maliyyə Nazirliyi orada daim yoxlamalar aparırdı, Nazir yoxlamaların onun öz təşəbbüsü ilə aparıldığını söyləyirdi:
16 iyun 2001-ci ildə RF energetika naziri olur. Bu vəzifədə Primoryedə istilik mövsümünü pozduğuna görə istefaya göndərilmiş A.S.Qavrini əvəz edir. İ.X.Yusufov gələndən sonra şənbə günü nazirliyin əməkdaşları üçün iş gününə çevrilir. Arxasınca onu “Saaxov” deyə çağırırdılar.
Tat mənsubiyyəti ilə fəxr edir (dağ yəhudisi):
13 noyabr 2003-cü ildə Kremldə keçirilən Dövlət Şurası və Təhlükəsizlik Şurası rəyasət heyətlərinin birləşmiş iclasında prezident V.V.Putin çıxış edərkən səhiyyə naziri İ.L.Şevçenko və elm, sənaye və texnologiya nazirinin vəzifəsini icra edən A.A.Fursenko ilə nə haqdasa canlı şəkildə söhbət edir və bundan qəzəblənən prezident bərkdən:
“Minenerqo” ləğv edildikdən sonra RF Xarici İşlər Nazirliyinin Xəzər üzrə xüsusi tapşırıqlar səfiri, RF Prezidenti V.V.Putinin beynəlxalq energetika əməkdaşlığı üzrə xüsusi nümayəndəsi təyin olunur.
Ailəsi Don kazak qızı ilə ailə qurmuşdur. İki oğlu var. Böyük oğlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu iki fakültə üzrə bitirmişdir.
Mükafatları "Vətən qarşısında xidmətlərinə görə" IV dərəcəli orden (12 iyun 2006) — Rusiya Federasiyasının Xarici Ticarət kursunun həyata keçirilməsindəki böyük töhfələrinə görə.
İstinadlar Kateqoriya:Rusiya siyasətçiləri