Georgi Abaşvili () — Sovet hərbi xadimi, vitse-admiral (1955), dəniz elmləri namizədi (1971), dosent (1965).
Bioqrafiya 1931-ci ilin oktyabrında Sankt-Peterburq Hərbi Dəniz Məktəbinin şturman sinfini bitirir.
Ştureman olaraq Volodarski (1931 oktyabr — 1932 avqust), Lenin (1932 avqust — 1934 yanvar) esmineslərində, patrul gəmilərində diviziya şturmanı (yanvar 1934 — aprel 1935), təlim gəmisinin komandir köməkçisi olaraq xidmət edir. Leningradsovet (1935-ci il aprel — 1936-cı il martınadək) gəmisində komandir köməkçisi, Purga patrul gəmisində isə komandir (1936-cı il mart — 1938-ci il martınadək) işləyir.
1937-ci ildə minadaşıyan gəmilərin komandirləri üçün bir illik kursları bitirir. Sonra "Smetlivıy" (mart–sentyabr 1938), "Qnevnıy" (1938-ci il sentyabr — 1939-cu il fevralınadək) esmineslərinin komandiri, 1-ci patrul gəmilərinin batalyon (1939-cu il fevral — 1940-cı il aprelinədək) komandiri vəzifələrini tutur.
1939–1940-cı illər Sovet-Finlandiya müharibəsinin iştirakçısı olur. Baltik Donanmasının 4-cü məhvedici batalyonunun komandiri (1940-cı ilin fevral–dekabr ayları), 1940-cı ilin dekabrından Baltik Donanmasının 2-ci esas batalyonunun komandiri olur.
Böyük Vətən müharibəsi İkinci Dünya müharibəsinin başlaması ilə, 2-ci esmines batalyonunun komandiri olaraq, mina döşəməsini həyata keçirir. Riqa körfəzində, Ezel və Daqo adalarının müdafiəsində düşmən konvoylarının axtarışı əməliyyatlarında iştirak edir.
1941-ci ilin sentyabr-oktyabr aylarında Su Bölgəsinin Mühafizəsi Baş Qərargah rəisinin müavini olur.
1941-ci ilin noyabrında, Martı minadöşəyən gəminin komandiri olaraq, Hanko dəniz bazası qarnizonunun Leninqrad şəhərinə köçürülməsində iştirak edir. 1942-ci ilin yanvar-iyul aylarında Leningradsovet təlim gəmisinin komandiri olur.
1942-ci ilin iyul-dekabr aylarında "Zeya" kanoner qayığına komandanlıq edir, Ust-Tosno əməliyyatına və qoşunların artilleriya atəşi ilə enməsinə dəstək verir.
1942-ci ilin dekabrından 1943-cü ilin sentyabrına qədər "Leninqrad" esminesinin komandiri, 2-ci dərəcəli kapitan olur.
1943-cü ilin sentyabrından 2-ci esmines batalyonuna komandanlıq edir, 1944-cü ildə Leninqrad yaxınlığında və Kareliya bərzəğində almanların məğlub edilməsində iştirak edir. 1944-cü ildən Baltik Donanması Baş Qərargah rəisinin müavini olur.
Müharibədən sonrakı xidmət Müharibədən sonrakı dövrdə Maksim Qorki kreyserinə rəhbərlik edir (mart 1946 — oktyabr 1948). Sovet gəmilərinin Polşaya (1953), Finlandiyaya (1954) səfərlərinə rəhbərlik etmişdir. 8 avqust 1955-ci ildə vitse-admiral rütbəsinə layiq görülür.
1957-ci ilin fevralından Tallindəki donanma bazasına komandanlıq edir. 1960-cı ilin avqustundan isə Baltik Donanması Hərbi Şurasının 1-ci komandirin müavini olur.
1962-ci ilin iyulundan 1963-cü ilin avqustuna qədər Sovet Ordusunun Kubadakı Hərbi Dəniz Qüvvələri komandirinin müavini (Anadır əməliyyatı) olur. 1962-ci il oktyabrın 28-nə keçən gecə raket buraxma əmrinin icrasını 6 dəqiqə gecikdirməsi il, Üçüncü Dünya müharibəsinin başlamasının qarşısını almışdır.
1964-cü ilin yanvar ayından etibarən dəniz gəmilərinin dövlət qəbulunun Baltikyanı qrupuna rəhbərlik edir. 1964-cü ilin mayından 1970-ci ilin dekabrına qədər Hərbi Dəniz Qüvvələrinin Ali Xüsusi Zabit siniflərinin rəisi olur.
1971-ci ilin aprelindən ehtiyata buraxılır. 26 sentyabr 1982-ci ildə dünyasını dəyişir.
Leninqradın Serafimovskoye qəbiristanlığında dəfn edilir.
Ailəsi Qızı — Zaira (1948), dəniz rəssamı.
Mükafatlar "Lenin" ordeni (1953);
Dörd dəfə "Qırmızı Bayraq" ordeni (1944, 1947, 1956, 1963);
İki dəfə "Qırmızı Ulduz" ordeni (1940, 1944));
II dərəcəli Naximov ordeni (20.07.1945);
"Qırmızı əmək bayrağı" ordeni (1968);
"Leninqradın müdafiəsinə görə" medalı (1943);
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı.
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları