Bəşir Cəmayel (; ) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür.

Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir.

Həyatı Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur. O, Əmin Cəmayelin qardaşıdır. Vəkil olarkən "kətaiblər" arasında fəal rol oynamış, ordunu təkmilləşdirməyə çalışmışdır. 1975-ci ilin aprelində Fələstin Müqavimət Hərəkatının (FMH) və Milli Tərəqqipərvər Qüvvələrinin (MTQ) sağ xristian qüvvələri arasında daxili ziddiyyətlər kəskinləşmiş, Livanda vətəndaş müharibəsi başlamışdı. Cəmayel 1976-cı ilin iyulunda "Kətaiblər" ordu şurasının, sonra isə 1976-cı ilin avqustunda Livan ordusunun baş komandanı olmuşdur. O, ABŞ-nin vasitəçiliyi ilə Kemp-Deviddə imzalanmış Misir–İsrail sövdələşməsini pisləmiş, ərəb dövlətlərinin 1978-ci il və 1979-cu il Bağdad müşavirələrində iştirak etmişdir. Cəmayel Livan hərbi qüvvələrinin baş komandanı, "Kətaiblər" siyasi şurasının üzvü, Təhlükəsizlik şurasının sədri idi.

Pozitiv bitərəflik, bloklara qoşulmamaq siyasəti yeridən Cəmayel İsrail təcavüzünə qarşı ərəb ölkələri birliyinin möhkəmləndirilməsinə səy göstərmişdir. O, 1982-ci ilin avqustunda Livanın prezidenti seçilmiş, bu vəzifəni icra etməyinə bir neçə gün qalmış sui-qəsd nəticəsində öldürülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat

Dameer wa Tareekh (ضمير وتاريخ) Tareekh fi Rajol (تاريخ في رجل) Rajol el Nahda (رجل النهضة)

Xarici keçidlər

Bachir Gemayel Community Site (Bachir Gemayel Foundation site) The Lebanese Phalanges - Kataeb Bachir Gemayel Squad Website

Kateqoriya:Livan prezidentləri Kateqoriya:Beyrutda doğulmuş siyasətçilər Kateqoriya:XX əsr Livan siyasətçiləri Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Livan maruniləri Kateqoriya:Livan sərkərdələri Kateqoriya:Livanda qətlə yetirilənlər Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:Livanda vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Öldürülmüş Livan siyasətçiləri Kateqoriya:Kataib partiyası siyasətçiləri Kateqoriya:Livan antikommunistləri Kateqoriya:Livan Qüvvələri siyasətçiləri Kateqoriya:Livan milliyətçiləri Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar