Montegu-Çelmsford islahatı () — 1919-cu ildə Britaniya imperiyası parlamenti tərəfindən qəbul edilmiş, 1935-ci ilədək qüvvədə olan Hindistanın idarə olunmasına dair qanun. Hindistan işləri üzrə nazir Edvin Montegu və Hindistan vitse-kralı Frederik Çelmsford işləyib hazırlamışdılar. Montegu-Çelmsford islahatı bir sıra cüzi güzəştlər verməklə (Hindistan general-qubernatoru yanında iki palatalı qanunvericilik orqanı yaradılması və s.) Hindistanda genişlənməkdə olan milli azadlıq hərəkatının qarşısını almaq məqsədi daşıyır və əslində müstəmləkə hökmranlığının mahiyyətini dəyişmirdi. Montegu-Çelmsford islahatına görə Hindistan əhalisinin çox cüzi hissəsinə (təqribən 1%-i) seçki hüququ verilir, 1909-cu ildə qəbul olunmuş mürtəce dini-icma kuriaları bölgüsü sistemi saxlanılırdı.

İstinadlar

Əlavə ədəbiyyat Montagu Millennium entry on Montagu-Chelmsford Report One Scholar’s Bibliography Britannica Encyclopaedia: Montagu-Chelmsford Report Puja Mondal, Montagu-Chelmsford Reforms and the Government of India Act, 1919. Self study history: Montagu-Chelmsford Reforms Paul Johnson (1991). A History of the Modern World: from 1917 to the 1990s. Weidenfeld and Nicolson London. Merriam-Webster's Biographical Dictionary entry on Edwin Montagu (1995). Merriam-Webster

Kateqoriya:Britaniya imperiyası Kateqoriya:Hindistan tarixi