Qustav Oskar Avqust Montelius (; ) — İsveç arxeoloqu.

Həyatı Oskar Montelius 9 sentyabr 1843-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. O, hazırladığı tipoloji metod əsasında Avropanın Neolit, Tunc və erkən Dəmir dövrlərinin xronoloji təsnifatını yaratmışdır. Monteliun metodundan müasir arxeoloqlar da istifadə edir, lakin digər evolyusionist arxeoloqlar kimi, Montelius da səhvən cansız əşyaların da canlı orqanizmlər kimi inkişaf etdiyi mülahizəsinin tərəfdarı idi. O, 4 noyabr 1921-ci ildə Stokholm şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Oscar Montelius. Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011. Web. 8 May. 2011.

Kateqoriya:İsveç arxeoloqları Kateqoriya:İsveç alimləri