Yoan Vakis Kore (16 noyabr 2004, Bur-la-Ren, Fransa) — Liqa 2 təmsilçilərindən olan "Paris" klubunda mərkəz müdafiəçisi kimi çıxış edən peşəkar Fransa futbolçusu.

Karyerası Kore futbolçu karyerasına yerli Kaşan klubunda başlamışdır. 10 yaşı olarkən "Paris" klubunun akademiyasına qəbul olmuşdur. Kore 12 dekabr 2020-ci ildə klub ilə 2024-cü ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. O, Liqa 2-də debütünü 21 sentyabr 2021-ci ildə "Nim Olimpik" klubuna qarşı oyunda etmişdir. Kore 94-cü dəqiqədə Maksim Bernonun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Kore Bur-la-Ren şəhərində anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. 2021-ci ilin avqust ayında Kore Fransa U-18 millisinə çağırılmışdır.

Karyera statistikası

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolParis2021–22Liqa 21000000010Ümumi karyera1000000010 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Fransa Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:O-de-Sendə doğulmuş futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular