Kayde Şin Qordon (5 oktyabr 2004, Derbi, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Liverpul" klubunda cinah hücumçusu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Erkən illəri Qordon Derbi şəhərində anadan olmuşdur.
Klub karyerası Qordon 2013-cü ildə 9 yaşı olarkən "Derbi Kaunti" akademiyasına qəbul olmuşdur. O, karyerasında debütünü 29 dekabr 2020-ci ildə "Birminhem Siti" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.
5 fevral 2021-ci ildə Qordon "Liverpul" klubuna transfer olmuşdur. "Derbi Kaunti" klubuna 1 milyon sterlinq civarında bildirilən və əlavələri ilə birlikdə 3 milyon sterlinqə qədər yüksələn transfer məbləği ödənilmişdir. O, klub ilə debütünü 21 sentyabr 2021-ci ildə "Norviç Siti" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Həmin görüşdə klub rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 16 yaş 11 ay 16 günlüyündə meydana çıxan Qordon "Liverpul" klubu tarixində oyuna çıxan ən gənc beşinci futbolçu olmuşdur.
Milli karyerası Qordon bir müddət İngiltərə U-16 millisində çıxış etmişdir. O, İngiltərə U-18 millisi ilə debütünü 3 sentyabr 2021-ci ildə Uels millisinə qarşı oyunda etmişdir.
Şəxsi həyatı Qordonun böyük qardaşı Kellan Qordon "Mansfild Taun" klubunda çıxış edən peşəkar futbolçudur.
Karyera statistikası
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolDerbi Kaunti2020–21Çempionşip100000—10Liverpul2021–22Premyer Liqa000010—10Ümumi karyera1000100020
İstinadlar
Xarici keçidlər Profile at the Liverpool F.C. website
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Portsmut FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri