Yakov İvanoviç Nikoladze (; ) — Gürcüstan-sovet heykəltəraşı. Müasir gürcü heykəltəraşlığının banisi hesab edilir.

Həyatı Yakov Nikoladze 16 mart 1876-cı ildə Rusiya imperiyasının tərkibində olan Qafqaz canişinliyinin Kutaisi şəhərində anadan olmuşdur. Nikoladze 1947-ci ildə SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü olmuşdur. O, 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Moskva, Odessa və Parisdə olmuşdur. Nikoladze Tbilisi Rəssamlıq Akademiyasının yaradıcılarındandır (1922). O, 10 mart 1951-ci ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində vəfat etmişdir.

Əsərləri Yakov Nikoladzenin əsərləri arasında yazıçı İ. Çavçavadze (1937) Ş. Rustaveli (1905, 1937) və başqalarının portretləri, "Lenin İskra"nın yaranması dövründə (1947) kompozisiyalar, İ. Çavçavadzenin qəbirüstü abidəsi (tunc, daş, 1911; 1923-cü ildə qoyulmuşdur) A. Serveteli (daş, 1914; 1922-ci ildə qoyulmuşdur; hazırda Gürcüstan İncəsənət Muzeyindədir), və K. Lesenlidzenin (mərmər, 1947) abidələri, Kutaisi şəhərində A. Sulukidzenin abidəsi (mərmər, 1923) və s.

Təltifləri Nikoladze 1946-cı ildə Gürcüstan SSR xalq rəssamı adına layiq görülmüş, 1946-cı və 1948-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Həmçinin o, Lenin ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat Урушадзе И. А. Яков Николадзе. Жизнь и творчество. — Тбилиси, «Мерани», 1977.

Kateqoriya:Gürcüstanın incəsənət xadimləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ heykəltaraşları