Nimfey (, ) — Krım yarımadasında, Kerç boğazının sahilində qədim yunan şəhəri.
Tarixi Əsası e.ə. VI əsrdə skif məskəninin yerində qoyulmuşdur. Əsasən əkinçilik, sənətkarlıq (xüsusilə də dulusçuluq) inkişaf etmişdir. E.ə. IV əsrin birinci yarısında Bospor dövlətinin tərkibində olmuşdur. B.e. III əsrinin ortalarında qotlar tərəfindən dağıdılmışdır.
Arxeoloji qazıntılar 1939-cu ildən aparılan arxeoloji qazıntılar nəticəsində müdafiə divarı, daş döşənmiş həyətli evlər, küçələr, su çənləri, çaxır hazırlanan yerlər, Afrodita və Demetra məbədləri və s. aşkar edilmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
The Princeton Encyclopedia of Classical Sites. (eds. Stillwell, Richard. MacDonald, William L. McAlister, Marian Holland). Princeton University Press, 1976. .
Xarici keçidlər
Kateqoriya:Bosfor dövləti Kateqoriya:Yunan koloniyaları Kateqoriya:Krım tarixi