Doqquzpara rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında bir rayon. Rayonun inzibati mərkəzi Usuxçay kəndidir.

Coğrafiyası Rayonun sahəsi 394 km²dir.

Əhalisi 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun 14.330 nəfər əhalisi var.Всероссийская перепись населения 2002 года Rayonda əhalisinin çoxluğuna görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış mətəqələri Miskincə (3.373 nəfər) , Abadan (3.000 nəfər) və Usuxçay (1.836 nəfər) kəndləridir.

1989-cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 93%-ni ləzgilər , 2,3%-ni rutullar , 4,7%-ni digər xalqların nümayəndələri təşkil edirdi. thumb|305x305px|Yarudağdan Quruş kəndinə açılan mənzərə

2010-cu ilin siyahıyaalmasına əsasən rayon əhalisi 15,357 nəfərdən ibarət idi (2017-də bu rəqəm 15,214 nəfərə düşdü) və əsasən ləzgilərdən (14,367 nəfər (93,96 %)), rutullardan (461 nəfər (3,01 %)), ağullardan (350 nəfər (2,29 %)), tabasaranlılardan (50 nəfər (0,33 %)), azərbaycanlılardan (23 nəfər (0,15 %)), ruslardan (21 nəfər (0,14 %)) və digərlərindən (19 nəfər (0,12 %); milliyətini qeyd etməyənlər 66 nəfər (0,43 %)) ibarət idi.

Kəndləri Rayonun ərazisində 16 kənd tipli yaşayış məntəqəsi var. Avadan (rus., ləz.) — Avadan/Abadan Qandurar (rus., ləz.) Demirar (rus., ləz.) — Dəmirlər Kavalar (rus.) / K'valar (ləz.) Kaladjux (rus.) / K'alajux (ləz.) — Qalacıq Karakyure (rus.) / K'araku're (ləz.) — Qarakürə Kuruş (rus.) / K'uruş (ləz.) — Quruş Kerimxanar (rus., ləz.) — Kərimxanlar Kiler (rus.) / K'iler (ləz.) Maka (kənd) Мikrax (rus.) / Miqraq'/Miqraq'ar/Muqraq' (ləz.) Miskindja (rus.) / Miskiskar (ləz.) — Miskincə (əhalisi əsasən şiə ləzgilərdən ibarətdir) Novoye Karakyure (rus.) / Ts|iyi K'ara Ku're (ləz.) — Yeni Qarakürə Tekipirkent (rus., ləz.) — Təkipirkənd Usuxçay (rus.) / Usuq'çay (ləz.) — Usuxçay Çuvalar (rus.) / Ç|ulavar (ləz.) Esetar (rus., ləz.) Ləğv olunmuş / yox olmuş kəndlər: Muştitsur, Qarakürə-Qazmalar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dağıstan rayonları