Səxavət Mamed oğlu Baxışov () — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Haqqında 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Təltifləri — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı — "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı 50px — "Hərbi xidmətlərə görə" medalı 50x50px — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 50x50px — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı 50x50px — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı 50px — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px — "Suqovuşanın azad olunmasına görə" medalı 50px — "Laçının azad olunmasına görə" medalı — Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024)
İstinadlar
Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:Tovuz döyüşləri iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları