Şnayder kaymanı () — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir.
Təsvir Görünüş Yetkin nümunələrin ölçüsü ümumiyyətlə 1–1.3 m-i keçmir, lakin bəzən 2 m-ə çatan fərdlər də var. Maksimum ölçüləri 2.6 m olur.
Areal və yaşayış yerləri Şnayder kaymanı Venesuela, Qayana, Surinam və Qviana, Braziliyanın şimal və cənubunda, Orinoko və Amazon çayları hövzələrində yayılmışdır.
Çoxalması Əsasən 10 ilə 17 arasında yumurta qoyur.
Şnayder kaymanı və insan ABŞ zooparklarında omnlara rast gəlmək mümkündür. Braziliya, Venesuela, Kolumbiya, Qayana, Surinam və Qvianadakı milli parklarda qorunur. Uğurlu qoruma səyləri və Şnayder kaymanlarının effektiv qorunması sayəsində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Siyahısından çıxarılmışdır, lakin Beynəlxalq Ticarət Konvensiyasının II siyahısı ilə tənzimlənməyə davam edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Alliqatorlar Kateqoriya:1801-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika faunası