İsmayıl Novruz oğlu Zeynalov () — şair, 1934-cü ildən AYB-nin üzvü.

Həyatı İsmayıl Novruz oğlu Zeynalov (İsmayıl Katib) 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır.

3 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.

Əsərləri "Talış elləri" (1929), "Şura qızı" (1934), "Şeirlər və poemalar" (1960)

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Azərbaycan Dövlət Nəşriyyatının direktorları