Şamilov Seyfulla Əli oğlu () — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938).
Həyatı Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir.
Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.
Mükafatları "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur.
Əsərləri
Kitabları "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977)
Mənbə Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 37.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin sədrləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan redaktorları