Əmir Xosrov mirzə Xəlilulla mirzə oğlu Darai () — İran şahzadəsi, şair
Həyatı Əmir Xosrov mirzə 1892-ci ildə Zəncan əyalətinin Binarud kəndində anadan olub. O, hələ 15-16 yaşlarında ədəbiyyatla maraqlanmış və Raci, Sərraf, Hidəci kimi şairlərin əsərlərini mütaliə etmişdir. Darai öz şeirlərində mədəniyyət, elm və tərəqqini tərənnüm edərək, xalqı işığa çağırmışdır. O, qadın azadlığı haqqında birinci qəzəlini cəhalətin hökm sürdüyü dövrdə yazmışdır. Şair hələ cavan ikən azadlıq hərəkatında iştirak etmişdir. O, 1940-cı illərdə Sovet-İran cəmiyyətinə başçılıq etmişdi.
Darainin beş min beytdən çox çap olunmamış divanı qalıb.
Həmçinin bax Qacarlar
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Zəncanda doğulanlar