Dirili Surxay (1902–1945) — aşıq.
Həyatı Aşıq Surxay Bəyalı oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul olub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yollarda ayaq döyüb, qoyun-quzu otarıb. Anası Tükəzban xanım Hacı Abbasəli bəy qızının fikri Surxayı molla, ruhani etmək idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq etdi.
Dirili Surxay 1945-ci ildə vəfat edib.
Ailəsi Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu. Sərxan adlı oğlu, Tükəz və Mələk adlı qızları vardı.
Mənbə Ənvər Çingizoğlu. Qarabağın Aran ağzı-Arazbar. Bakı: "Ozan", 1998. Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004. Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.41.
Həmçinin bax Xudayar yüzbaşı Çələbiyanlı Xudayarlı
Xarici keçidlər
Dirili Aşıq Surxay
Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Cəbrayıl rayonunda vəfat edənlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:Türk şairlər