European Computer Trade Show (ECTS, ) — Avropada IT sahəsinə, xüsusilə də kompüter oyunları sənayesinə həsr olunan illik tədbir. Birinci tədbir 1989-cu ildə, axırıncı tədbir isə 2004-cü ildə keçirilmişdir.

Tarixi İlkin olaraq, ECTS sadəcə sənayedəki peşəkar şəxslər və jurnalistlər üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, icazəsiz şəxslər tez-tez saxta kimliklərlə tədbirdə iştirak edirdi. Bu kimi halların çox olması tədbirin ictimaiyyətə açıq şəkildə keçirilməsinə səbəb olmuşdur.

ECTS tədbirləri 1995-ci ildəki tədbir istisna olmaqla, hər ilin avqust–sentyabr aylarında keçirilirdi. Tədbir həmişə Böyük Britaniyanın paytaxtı olan London şəhərində keçirilmişdir.

Tədbirin təşkilatçısı "CMP Media" 2005-ci ilin aprel ayında tədbiri ləğv etdiklərini anons etmişdir.

Tədbirlər İl Tarix Məkan 1989 16–18 aprel Business Design Centre 1990 1–3 aprel Business Design Centre 1991 14–16 aprel Business Design Centre 1992 12–14 aprel Business Design Centre 6–8 sentyabr Business Design Centre 1993 4–6 aprel Business Design Centre 5–7 sentyabr Business Design Centre 1994 10–12 aprel Business Design Centre 4–6 sentyabr Business Design Centre 1995 26–28 mart Olympia 10–12 sentyabr Olympia 1996 14–16 aprel Olympia 9–10 sentyabr Olympia 1997 7–9 sentyabr Olympia 1998 6–8 sentyabr Olympia 1999 5–7 sentyabr Olympia 2000 3–5 sentyabr Olympia 2001 2–4 sentyabr ExCeL 2002 29–31 avqust Earls Court Exhibition Centre 2003 27–29 avqust Earls Court Exhibition Centre 2004 1–3 sentyabr Earls Court Exhibition Centre

İstinadlar

Kateqoriya:Videooyun sərgiləri Kateqoriya:1988-ci ildə yarananlar