Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir.
İlkin mərhələdə obraz daim şahzadələri ələ keçirməyə can atan bədniyyətli bir əfsunçu qismində təqdim edilmişdir. Sonrakı mövsümlərdə aydın olmuşdur ki, onun bu cür davranışlarının səbəbi məhz başına taxdığı və ona buz qüvvələri bəxş edən tacdır. Üçüncü mövsümdə məlum olur ki, o, əvvəllər Saymon Petrikov adlı adi bir insan olmuş, lakin tacı taxdıqdan sonra əqlini itirmişdir.
İstinadlar
Kateqoriya:Personajlar Kateqoriya:"Macəra zamanı" cizgi serialının personajları Kateqoriya:Uydurma krallar Kateqoriya:Uydurma adam oğruları Kateqoriya:Sehrbazlıq gücünə malik personajlar Kateqoriya:Uydurma zaman səyyahları