Adolf Abramoviç İoffe () — komunist inqlabçı, bolşevik siyasətçi, kərami siyasətçi.

Bioqrafiyası

İnqilabçı karyerası Adolf İoffe Rusiya İmperiyası dövründə Krımda, Simferopolda varlı ailədə anadan olub.See Albert S. Lindemann. Esau's Tears: Modern Anti-Semitism and the Rise of the Jews, Cambridge University Press, 1997; pg. 430.Ambassadors of the Soviet Union to Germany: Adolph Joffe, Vladimir Dekanozov, Nikolai Krestinsky, Konstantin Yurenev, Voldemar Aussem, LLC Books, 2010. 1900-cü ildə orta məktəb illərində sosial demokrat fikirlərlə tanış oldu və 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü oldu. 1904-cü ildə həbs olunmaması üçün Bakıya göndərildi. Sonra Moskvaya göndərildi, lakin təhlükələrin davam etməsi səbəbilə xaricə getdi. 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü hadisələrindən sonra Rusiyaya qayıtdı və 1905-ci il Rusiya inqilabında fəal iştirak etdi.

1906-cı ildə sürgün edildi və 1906-cı ilin mayında yaşadığı Berlindən qovuldu. İoffü partiyadakı menşevik qrupu ilə hərəkət birgə etdi. Ancaq sonradan 1906-cı ilin mayında Vyanaya getdi və 1908–1912-ci illərdə "Pravda" qəzetində işləyən Lev Trotski ilə birlikdə çalışdı. Bu dövrdə Alfred Adler ilə birlikdə psixoanaliz və tibbi araşdırmalar etdi. Ailəsinin sərvətindən "Pravda"nı dəstəkləmək üçün istifadə etdi.Nadezhda A. Joffe, Back in Time: My Life, My Fate, My Epoch: The Memoirs of Nadezhda A. Joffe. Frederick S. Choate, trans. Oak Park, MI: Labor Publications, 1995; pg. 3.

1912-ci ildə Odessaya səfəri zamanı tutuldu və 10 ay Sibirdə həbsdə qaldı.

Diplomatik karyerası 200px|thumb|left|İoffe Tratu müqaviləsi imzalayarkən 1919–1920-ci illərdə Əmək və Müdafiə Şurası və Ukrayna SSR-da Xalq Komissarı vəzifələrində çalışmışdır. 1919-cu ilin martında VIII Partiya Qurultayında yenidən üzv seçilə bilmədi və bu müddətdən sonra böyük səlahiyyətlər ala bilmədi. 1920-ci ilin oktyabrında Polşa ilə atəşkəs danışıqları apardı və Estoniya, Latviya və Litva ilə sülh müqavilələri bağladı. 1921-ci ildə Sovet-Polşa müharibəsinə son qoyan Riqa müqaviləsini imzaladı.

1922-ci ilin fevralında Genuya konfransında Sovet nümayəndəsi idi. Elə həmin il konfransdakı təcrübələrindən bəhs edən qısa bir kitab nəşr etdi.A. A. Ioffe (V. Krymskii), Genuezskaia Konferentsiia (The Genoa Conference). Moscow: Krasnaia Nov', 1922. 1922-ci ilin aprelində Rapallo Müqaviləsinin imzalanması zamanı Leonid Krasin və Georgi Çiçerin ilə birlikdə Sovet nümayəndə heyətində iştirak etdi. Daha sonra Çin səfiri təyin edildi. 1923-cü ildə o dövrdə kommunistlərlə əməkdaşlıq edən Sun Yatsen ilə müqavilə bağlayaraq Çin Kommunistlərinə dəstək verdi.See A Brief Chronology of China Since 1915 in K. S. Karol's China. The Other Communism, New York, Hill and Wang, 1967, (1968 pbk) 1923-cü ilin iyununda Yaponiyaya getdi və Sovet-Yaponiya əlaqələrini yaxşılaşdırmaq üçün danışıqlar apardı.For a Trotskyist perspective on the impact of Joffe's visit on the Japanese Communist Party, see The Meiji Restoration: A Bourgeois Non-Democratic Revolution published in Spartacist, English edition, No. 58 for 2004. Bu dövrdə ağır xəstəlik keçirdi və Moskvaya qayıtdı. Daha sonra 1924-cü ildə İngiltərədə Sovet nümayəndə heyətində, Avstriyada isə 1924–26 illər arasında Sovet nümayəndəsi olaraq xidmət etmişdir.

1926-cı ildə xəstəliyinin ağırlaşması nəticəsində vəzifələrini yerinə yetirə bilməyib yarı təqaüdə göndərildi.

İstinadlar

Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Marksistlər Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri Kateqoriya:Menşeviklər Kateqoriya:Rusiyada 1905–1907-ci illər inqilabının iştirakçıları Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Rusiya trotskiçiləri Kateqoriya:RK(b)P və ÜİK(b)P-də sol müxalifətin üzvləri