Fransız Alpları — Fransada yerləşən Qərbi Alp dağlarının bir hissəsi. Uzunluğu təxminən 330 km-dir. Fransız Alplari Şimal və Cənuba bölünür.
Şimali Fransız Alplari buzlaqları və dağ-buzlaq torpaq formaları, iynəyarpaqlı meşələr, subalp və alp çəmənlikləri olan yüksək dağlıqdır. Buraya Monblan, (Pelvu), , Qray və Kotsk Alpları massivləri daxildir. Ən yüksək nöqtəsi Monblan dağıdır (4810 m).
Cənubda yerləşən Fransız Alpları dağları daha aşağı (adətən 3000 m-ə qədər), Aralıq dənizi iqlimi və landşaft elementləri olan Provans Alpları və Dənizaşırı Alplarını əhatə edir.
Ədəbiyyat
Kateqoriya:Fransa dağları Kateqoriya:Alp dağları