Reichsheer (Azərbaycan dilində mənası: İmperatorluq Ordusu) - Almaniyanın Birinci Dünya müharibəsindən sonra 1919-cu ildən 1935-ci ilə qədər Versal sülh müqaviləsi ilə icazə verilən ölçü və qüvvəyə sahib olan Reichswehrə tabe olan quru qüvvələridir.

Versal müqaviləsinə görə, Alman Ordusu 100.000 nəfərlə məhdudlaşdı və ağır silahlardan (tanklar, bombardmançılar, ağır artilleriya və s.) məhrum edildi. Ordunun məhdudlaşdırılması alman xalqının əksəriyyəti - xüsusilə ifrat millətçilər və Adolf Hitler tərəfindən rüsvayçılıq simvolu olaraq görüldü. Sonra, 1935-ci ildə Almaniyada nasistlərin hakimiyyətə gəlişindən iki il sonra o ləğv edildi və yerində Heer quruldu. Reyxşerə görə, yeni qurulmuş quru qüvvələri daha güclü olub, qabaqcıl avadanlıq və silahlarla təchiz olunmuşdur.

Quruluşu və böyüklüyü

Reichsheer yalnız aşağıdakı qədər qüvvədən ibarət idi: 7 piyada diviziyası 3 süvari diviziyası

Sinif Sayı Zabit 4.000 Peşəkar zabit 20.000 Təcrübəli əsgər 38.000 Sıravi əsgər 38.000

Yalnız ölkənin sərhədləri daxilində təhlükəsizliyini təmin etməyə kifayət edəcək qədər qüvvə saxlamaq olardı Tanklar və təyyarələr qadağan idi

Kateqoriya:Quru qoşunları