Neda Ukraden ( ) — Xorvatiyada anadan olan və Bosniyada böyüyən serbiyalı müğənni. Bioqrafiyası Neda Ukraden 16 avqust 1950-ci ildə Xorvatiyanın İmotski şəhəri yaxınlığındakı Qlavina kəndində anadan olmuşdur. O, serb əsili Duşa (1997-ci ildə vəfat etmişdir) və Angelianın ailəsində anadan olmuşdur. İki ilə qədər Viseqrad şəhərinə (Bosniya və Herseqovina) köçənə qədər, babası və nənəsi ilə birlikdə İmotski şəhərində yaşayırdı. İbtidai məktəbə burada gedir, sonra ailəsi ilə birlikdə 1992-ci ildə Bosniya müharibəsi başlayana qədər yaşadığı Sarayevoya köçür. Müharibənin başlaması ilə Neda Belqrada köçmək məcbuiriyyətində qalır. 1992-1996 illəri arasında Vyanada (Avstriya) bir mənzil kirayələyir. Müharibə zamanı ailəsinin İmotski qəsəbəsindəki evi dağıdılır.
Sarayevo Universitetini bitirib. Burada hüquq, filologiya və ingilis dilini, habelə vokal sinifində musiqi məktəbini bitirib. 1967-ci ildə müğənni kimi peşə fəaliyyətinə başlamışdır. Əvvəlcə "Kamen kamen" qrupunda ifa edir. 1980-ci illərdə solo karyerasına başlayır. Onun əsas hitləri arasında "Zoraje" və "Ağrı, Ağrı" mahnıları vardır. Qoran Bregoviç və Qeorqe Novkoviç ilə əməkdaşlıq edir. Belqraddakı "Star" restoranın sahibdir. Şəxsi həyatı Neda Ukraden rejissor Milan Bilbiya ilə evləndi və onların bu nigahdan Yelena adlı bir qızları dünyaya gəlir. Yelena iki oğlan və bir qız nəvəsini dünyaya gətirmişdirНеда Украден пева, снима и чува унуке («Вечерње новости», 23. фебруар 2012) , Приступљено 15. 4. 2013..
Milan 2013-cü il yanvarın 30-da Monteneqroda vəfat edir, lakin Neda dəfn mərasimində iştirak etmir. Diskoqrafiya
Mini-albomları
Studio albomları
İstinadlar
Kateqoriya:Bosniya və Herseqovina müğənniləri Kateqoriya:Serbiya müğənniləri Kateqoriya:Yuqoslaviya müğənniləri