Tural Alim oğlu Cəlilov () — azərbaycanlı futbolçu.https://int.soccerway.com/players/-/83159/ Mövqeyi yarımmüdafiəçidir. Azərbaycan milli futzal çempionatında çıxış edən "Premier" Quba komandasının üzvüdür. Azərbaycan milli komandasının keçmiş oyunçusu olmuşdur.
Həyatı 11 yaşında doğma şəhəri Xaçmazda uşaq futbol məktəbində futbol oynamağa başladı. İlk məşqçisi Zöhrab Mahmudov olmuşdur.
"Ədliyyə" (Bakı) və "Gənclərbirliyi" (Sumqayıt) klublarında çıxış edib.
2007–2010-cu illərdə Azərbaycan Premyer Liqa komandasının — "Simurq" (Zaqatala) klubunun heyətinə cəlb olundu.
"APA-Sport" agentliyinin apardığı hesablamaya görə, Tural Cəlilov 2008/2009-cu il mövsümündə, 17-ci Azərbaycan Futbol Çempionatının 26 oyununun hamısında meydançaya çıxan yeganə yerli oyunçu olub.https://web.archive.org/web/20090705104455/http://www.football-plus.az/view_post.php?id=873 Cəlilov Zaqatala təmsilçisinin uğuruna 4 qol və 2 ötürməylə töhfə verdi. Xüsusilə ilk dövrədə prinsipial matçda doğma arenada "Karvan"ı 2:0 hesabıyla üstələyən komandasının hər iki qolunun müəllifi olan futbolçunun ulduzu məhz həmin oyundan sonra parladı. Bir müddət sonra Tural Berti Foqtsun da diqqətini çəkərək milliyə çağırıldı.
Bundan başqa, gənc futbolçu çempionatın yekunlarına görə birinciliyin ən yaxşı 5 sol cinah yarımmüdafiəçisindən biridi. Cəlilovun əsas üstünlüyü sürəti və meydanda daim hərəkətdə olmasıdı.
Milli komanda karyerası Azərbaycan milli komandasında debüt 19 noyabr 2008-ci ildə Bakıda, Azərbaycan və Albaniya milli komandaları arasında 1:1 hesablı heç-heçə ilə başa çatan yoldaşlıq oyunu zamanı baş tutub. Albaniyayla görüşün ikinci hissəsində yığmada debüt etmək şansı qazandı. 2009-cu il iyunun 6-da Cəlilov Uels-ə qarşı Dünya çempionatının seçmə oyununda rəsmi debütünü (ehtiyat oyunçu kimi) keçirdi.
Mükafatları frameless|16x16px Bürünc (1) Azərbaycan Premyer Liqası 2008/2009 frameless|16x16px Gümüş (1) Azərbaycan Premyer Liqası 2010/2011 frameless|16x16px Qızıl (1) Azərbaycan Kuboku 2010/2011 frameless|16x16px Qızıl (1) Azərbaycan Superkuboku 2013/2014
İstinadlar
Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri