Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Qaz-neft-mədən fakültəsi (QNMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir.

Tarixi ADNSU-nun aparıcı fakültələrindən biri olan Qaz-neft-mədən fakültəsində kadr hazırlığı 1920-cı ildən həyata keçirilir. 1920–1930-cu illərdə fakültə "Neft-sənaye", 1930–1936-cı illərdə "Dağ-mədən", 1936–1940-cı illərdə "Dağ-mədən və neft texnologiyası", 1940–1979-cu illərdə "Neft-mədən" adlandırılıb. 1979-cu ildən isə "Qaz-neft-mədən" fakültəsi adı altında fəaliyyət göstərir. Fakültənin inkişafında ADNSU-ya müxtəlif vaxtlarda rəhbərlik etmiş rektorların, görkəmli alimlər akademik L.S. Leybenzon, N.S. Uspenskiy, A.R. Serebrovskiy, professor B.S. Dobrovskiy, akademiklər A.X. Mirzəcanzadə, S.M. Quliyev, M.P. Quluzadə, professorlar M.V. Abromoviç, Q.A. İbatulov, K.B. Şahbazbəyov, Z.M. Əhmədov və başqalarının fəal iştirakı və köməyi olub.

Kafedralar Neft-qaz mühəndisliyi Neftin, qazın nəqli və saxlanması Sənaye təhlükəsizliyi və əmək mühafizəsi Azərbaycan dili

Təhsil İxtisaslar: Neft-qaz mühəndisliyi Neft-qaz qurğuları mühəndisliyi Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

İstinadlar

Həmçinin bax ADNSU

Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fakültələri