Arazbarı – "Şur" muğam ailəsinə daxil olan zərbi muğamdır. O yeddi əsas Azərbaycan lad-məqamına biri olan – Şura əsaslanır. Ölçüsü 4/3-dür. Tempi ağırdır. Dinləyicidə lirik, nikbin əhvali-ruhiyyə yaradır. Bəzən xorla da oxunur. Belə halda "vaygirlik edənlər fərdçinin hər misrasını "ay zalım" nidası ilə tamamlayırlar". Arazbarı ancaq xalq spzlərinə oxunur. Bu sözlər əsasən daimidir. Arazbarının mahir ifaçılarında biri böyük xanəndə Seyid Şuşinski sayılır. Müəllif Arazbarı zərbi muğamını nota yazmışdır.

İstinadlar

Video Seyid Şuşinski - Arazbarı muğamı Üzeyir Hacıbəyov - "Arazbarı" simfonik muğamı Baba Mahmudoğlu (Mirzəyev) - Arazbarı-Mani (Osmanı) zərb muğamı

Həmçinin bax Azərbaycan musiqisi Muğam Zərbi muğamlar

Xarici keçidlər Muğam festivalı Azərbaycan xalq musiqisi

Kateqoriya:Muğamlar