Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur.
Etimologiya "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir.
Tarixçə Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır.
Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır:
Rast ailəsinə bir sıra muğamlar aiddir. "Mahur–Hindi", "Orta Mahur", "Bayatı–Qacar", "Dügah" dəstgahları məhz Rastın variantlarıdır. Bu muğamlar öz quruluşu və musiqi məzmunu baxımından bir-birinə çox uyğundur.
Rast muğam dəstgahı kimi Yaxın Şərq xalqları klassik musiqisinin 12 muğamından biri. "Qədim musiqişünaslar rastı muğamların anası adlandırmışlar. Rast muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir."
Rast Azərbaycan musiqisində Azərbaycan musiqisində: novruz-rəvəndə, rast, üşşaq, hüseyni, vilayəti (bəzən dilkeş), xocəstə, xavəran, əraq, pəncgah, rak, əmiri və məsihi şöbələrindən ibarət dəstgah.
Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.
Bakı musiqi məclislərində "Rast" dəstgahı 15, Şuşa muğam məclisində 18 şöbə və guşədən ibarətdirsə, Şamaxı məclisində isə şöbə və guşələrin sayı 21 olmuşdur. Həmin bu üç muğam məclisində oxunan "Rast" dəstgahının sayı və ardıcıllığı aşağıdakı cədvəldə verilirRamiz Zöhrabov. Muğam. Bakı: "Azərnəşr", 1991, səh 104.: Bakı (Abşeron) Şuşa (Qarabağ) Şamaxı (Şirvan) 1. Mayeyi Rast 1. Rast 1. Rast 2. Novruzi rəvəndə 2. Pəncgah 2. Üşşaq 3. Rast 3. Vilayəti 3. Mücrü 4. Üşşaq 4. Mənsuriyyə 4. Hüseyni 5. Hüseyni 5. Zəminxarə 5. Vilayəti 6. Vilayəti 6. Rak-hindi 6. Siyahi-ləşgər 7. Xocəstə 7. Azərbaycan 7. Məsihi 8. Xavəran 8. Əraq 8. Dəhri 9. Əraq 9. Bayatı-Türk 9. Xocəstə 10. Pəncgah 10. Bayatı-Qacar 10. Şikəsteyi-Fars 11. Rak 11. Mavəraənnəhr 11. Rak-hindi 12. Xavəran 12. Balu-Kəbutər 12. Rak-Xosrovani 13. Əmiri 13. Hicaz 13. Saqinamə 14. Məsihi 14. Şahnaz 14. Əraq 15. Rast 15. Əşiran 15. Təsnif-Qərai 16. Zəngi-Şötər 16. Məsnəvi 17. Kərkuki 17. Zəngi-Şötər 18. Rast 18. Nəğməyi-Hindi 19. Mənəvi 20. Kabili 21. Rast
Rast muğamı əsasında bəstələr Ə. Quliyevin rəhbərliyi ilə xalq çalğı alətləri orkestri — Əraq rəngi Muğam Teatrının solistləri — Rast rəngi
Rast İran musiqisində İran musiqisində "Rast-pəncgah" kimi bilinir: zəngulə, pərvanə nəğmə, ruh-əfza, Xosrovani, pəncgah, süpehr, üşşaq, Şiraz, bayatı-əcəm, mübərriqə, qərəcə, bəhr-nur və əlavə olaraq Əbül-çəp, Leyli və Məcnun, ravəndi, novruz-ha, nəfir, fərəng, əraq şöbə və guşələrindən ibarət dəstgah.
Rast muğamı Türkiyə musiqisində 13 əsas (basit) makamdan biridir.Turkish Music Portal — Turkish Music Dictionary
Rast muğamı Özbək və Tacik musiqisində Şeşməqama daxil olan altı əsas muğamlardan biridirUNESCO — Shashmaqom music.
Rast musiqi ladı (məqamı) kimi Quruluşu: 1-1-1/2 ton formullu üç tetraxordun qovuşuq üsulla (x.1 — intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi kimi "Rast" muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri – xalq mahnıları, rəqsləri, aşıq havaları həmin pillələrə əsaslanır.
Rast ladında bəstələr Xalq mahnıları Aman nənə Mən gedirəm Zəngilana Çal, oyna
Bəstəkar mahnıları "Arşın mal alan" operettasından Əsgərin mahnısı "Arşın mal alan", qızların xoru "Arşın malçı, mal göstər", Cahan xalanın mahnısı "Çadramı sallam başıma" "O olmasın, bu olsun" operettasında Rüstəm bəylə Meşədi-İbadın dueti
Rəqslər Brilliant Əsgəranı CücələrimƏfrasiyab Bədəlbəyli — Muğamlar . "Azərbaycan pioneri", 21, 24 fevral 1961. (musiqi: Qəmbər Hüseynli, sözləri: Tofiq Mütəllibov)
Qaynaq
Xarici keçidlər Muğam festivalı
Həmçinin bax Azərbaycan musiqisi Muğam Zərbi muğamlar
Kateqoriya:Muğamlar Kateqoriya:Məqam