Torre Espacio — İspaniyanın paytaxtı Madriddə yerləşən, hündürlüyü 230 metr və 57 mərtəbədən ibarət olan göydələn, hal-hazırda Madridin dördüncü ən hündür binadır.

2014-cü ildəki siyahıya alınmaya görə Avropanın ən hündür binaları siyahısında 24-cü, İspaniyanın ən hündür binaları siyahısına görə isə 4-cü yerdə idi.

Xüsusiyyətləri Maksimum hündürlük - 230 metr, dama qədər olan hündürlük - 224.15 metr binanın uzunluğu və eni - hər biri 46,2 metr mərtəbə hündürlüyü - 2.85 metr 56 yerüstü, 6 yeraltı mərtəbə sayı 27 lift sayıTorre Espacio saytında ''schindler.com Binanın daxili sahəsi - 56 259 m² Tikinti dəyəri - 390 milyon avro Memar - Henri KobbTorre Espacio saytında Tikilişi Binanın tikilişi 2004-cü ildə başlamışdır: bu göydələn dörd çoxmərtəbəli bina komleksindən birincisidir. Tikili hal-hazırda "Dörd qüllə" adlandırılır.

4 sentyabr 2006-cı ildə tikilməkdə olan göydələndə 42 və 43-cü mərtəbələrində yanğın baş verir, ölən və xəsarət alanlar olmur, bina isə bir qədər zərər görür.

2006-cı ilin noyabr ayında Torre Espacio hündürlüyü ilə Gran Hotel Bali göydələnini üstələdi və İspaniyanın ən yüksək binası oldu.

Lakin bir neçə aydan sonra Torre Espacio - Torre PwC (236 metr), Şüşəli qüllə (249 metr) və Bank Tower (250 metr, 2008-ci ildən bu günə qədər İspaniyanın ən yüksək binası) inşası ilə əlaqədar olaraq bu üstünlüyünü itirdi. Binanın açılışı 20 mart 2007-ci il tarixində baş tutdu. Həmçinin bax Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Şüşəli qüllə The Shard

İstinadlar

Xarici keçidlər Göydələnin rəsmi saytı Torre Espacio saytında

Kateqoriya:Göydələnlər Kateqoriya:Modern memarlıq