Roksandra Sturdza (tam adı:; ) — xeyriyyəçi və yazıçı. Onun həyatda əsas uğuru Balkanlarda müharibə illərində və inqilab baş verərkən Odessada ehtiyac içində olan qaçqınlar və xüsusilə də uşaqlar üçün uşaq evləri və məktəblər tikdirməsi idi.Historical Biographies by Helen Koukou, Athens 1997, Roxandra Sturdza page 405-409 O, Moldova knyazlığının şahzadəsi Böyük Draqoman Konstantin Muruzinin nəvəsidir. Roksandranın fəaliyyəti, uzaqgörənliyi, iradəsi və qətiyyəti onu bütün Avropada gənc qaçqınların ehtiyaclarının müdafiəçisi halına gətirdi.Women, Diplomacy and International Politics, Carolyn Routledge, 2015, Roxandra Edling-Sturdza:efforts and 240 letters directed to European Leaders
Həyatı Şahzadə Roksandra 12 oktyabr 1786-cı ildə Konstantinopolda anadan olmuşdur. Valideynləri Skarlat Sturdza və Sultana Sturdza-Muruzidir (1762-1839). Roksandra Aleksandr Sturdzanın bacısı və Moldova knyazlığının şahzadəsi Mixail Sturdzanın əmisi qızıdır.Some members of Phanariotes families, had acquired great wealth and influence. Ioan Sturdza ruled in Moldavia http://www.hellenicaworld.com 1790-cı ildə Sturdza ailəsi Yassıya köçmüş, daha sonra 1800-cü ildə Sankt-Peterburqda məskunlaşmışdılar. Roksandra burada təhsilinə rus və yunan dillərində davam etmişdir. 1806-cı ildə I Aleksandr və onun xanımı İmperatriçə Yelizaveta Alekseyevnanın məhkəməsində təqdimatçı olmuşdur. 1809-cu ildə Roksandra sonralar Rusiya İmperiyasının Xarici İşlər Naziri olmuş İoannis Kapodistrias ilə tanış olmuşdur. Bu hadisə çox ilhamverici əhəmiyyətə malik idi və nəticədə Roksandra sosial məqsəd və filelinizm hissini mənimsəmişdir.Maria Anastasopoulou, Athens, 2004, Women and Philhellenism
Ailə kökləri Roksandranın ana babası Moldova knyazlığının şahzadəsi Konstantin Muruzi (1730-1783) olmuşdur. Muruzi ailəsi Konstantinopolun yaxınlığında yerləşən Yunan Fənərindəndirlər. Bu böyük ailənin üzvləri nəsilbənəsil siyasi yüksəliş yolunu təmin edən xristian Osmanlı subyektlərinin mədəni və siyasi rəhbərləri idi. Roksandranın atası Skarlat Sturdza Yassı Şahzadə Akademiyasının görkəmli məzunlarından biri və üzvləri XVI əsrdə və daha əvvəlki dövrlərdə humanitar işlərdə fəallıq göstərmiş yunan əcdadlarından olan Moldovanın Sturdza ailəsinin varisi idi. Tezliklə Sturdza ailəsi Moldaviyadan Rusiyanın Sankt-Peterburq şəhərinə köçmüş və Skarlat İmperatriçə Yelizaveta Alekseyevnanın müşaviri vəzifəsini tutmuşdur.
Ailə həyatı 1816-cı ildə Roksandra Saksoniya-Veymar hersoqluğunun naziri və marşalı Baron Albert Kaetan Qrafen von Edlinq (1771-1841) ilə ailə həyatı qurmuşdur. Edlinqlə nikaha daxil olduğuna görə onu artıq Kontes Roksandra və ya Roksandra Skarlatovna Edlinq-SturdzaRoxandra, wife of Count Edling https://www.geni.com/people/Roxandra-Edling-Sturdza/6000000002397083523 kimi tanıyırdılar və uzun illər Veymar, Berlin, Vyana, Sankt-Peterburq, Valaxiya, Bessarabiya və Odessada mülklərin və torpaq sahələrinin mülkiyyətçisinə çevrilmişdi. Sadalanan ərazilərdə Roksandra vaxtını xeyriyyə fəaliyyətlərinə həsr edir və memuarlar yazır, eləcə də humanitar işləri dəstəkləyirdi.
Həmçinin bax Yassı Universiteti Dimitre Sturdza Fənər Yunan Ortodoks Məktəbi İpsilanti
İstinadlar
Kateqoriya:Odessada dəfn olunanlar Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları