Ağstafaçay — Kür çayının sağ qolu. Əsasən Ermənistandan və Azərbaycanın Qazax və Ağstafa rayonunun ərazisindən keçir. Uzunluğu 133 km, hövzəsinin sahəsi 2589 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsindən, Pəmbək sıra dağlarından götürür. left|thumb|Ağstafaçayın Qazax şəhərindən keçən hissəsi

Ümumi məlumat Uzunluğu 133 km, hövzəsinin sahəsi 2589 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsində, Pəmbək sıra dağlarından (3000 m) alır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz fəslində qar və yağış suları çayda daşqınlar əmələ gətirir. Orta illik su sərfi 13,6 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 4,0 kq/san, orta lillənməsi 290 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir.

Çayın yatağında həcmi 112 kub metr olan su anbarı tikilmişdir. Qazax şəhəri üzərində yerləşir. Suvarma işlərində istifadə edilir.

Həmçinin bax Azərbaycanın daxili suları Azərbaycandakı çayların siyahısı

İstinadlar

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Ermənistan çayları Kateqoriya:Kürün qolları Kateqoriya:Avropanın beynəlxalq çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları