Ağsuçay — Kürün sol qolu. İsmayıllı, Şamaxı, Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür.
Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay [İsmayıllı] adlanır.
Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir
Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500–700 mq/l minerallaşmaya malikdir.
Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.
Həmçinin bax Ağsu rayonu Kürdəmir rayonu
Mənbə Azərbaycan çayları
Kateqoriya:Azərbaycan çayları