Valeri Alekseyeviç Leqasov (; ) — SSRİ qeyri-üzvi kimyaçısı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1981), Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra; 1996).

Həyatı Valeri Alekseyeviç Leqasov 1 sentyabr 1936-cı il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nın Tula şəhərində, vəzifəli ailəsində anadan olmuşdur.

O, 19491954-cü illərdə Moskva şəhəri 56 nömrəli məktəbdə təhsil almış, oradan qızıl medalla məzun olmuşdur. Hal-hazırda həmin məktəb onun adını daşıyır. Əlavə olaraq, məktəbin girişində onun bürüncdən hazırlanmış heykəli var.

Leqasov 1961-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutundan məzun olmuşdur. O, D. Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutunun Komsomol Komitəsində katib kimi çalışmışdır. Leqasov 1962-ci ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun Molekulyar Fizika Kafedrasından məzun olmuş, orada kiçik və böyük tədqiqatçı, laboratoriya rəhbəri kimi işləmişdir. O, 1967-ci ildə təsirsiz qazlarınbirləşmələrinin sintezi və onların xüsusiyyətlərinin öyrənilməsi üzrə dissertasiyasını müdafiə etmişdir. Leqasov 1972-ci ildə o, öz doktorluq dissertasiyasını (kimya elmləri doktoru) qorumuş, İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun elmi işi üzrə direktor müavini təyin olunmuşdur. O, 1984-cü ildən İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktorunun birinci müavini kimi çalışmışdır. Leqasov 19781983-cü illərdə Moskva Fizika və Texnologiya İnstitutunun professoru olmuş, 1983-cü ildən ölümünə qədər M. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsində işləmiş, radiokimya və kimya texnologiyası departamentinin başçısı olmuşdur. O, 1976-cı ildə SSRİ Elmlər Akademiyasının korrespondent üzvü seçilmişdir. Leqasov 1981-ci ildə SSRİ Elmlər Akademiyasının Fiziki Kimya və Qeyri-Üzvü Maddələr Texnologiyası Departamentinin həqiqi-üzvü seçilmişdir. O, 1983-cü ildən İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktorun birinci müavini kimi çalışmışdır.

Ölümü 27 aprel 1988-ci ildə, Çernobıl faciəsinin ikinci ildönümündə o, öz mənzilində asılmış vəziyyətdə tapılmışdır. Onun şəxsi pistoleti masasının üzərində qalmışdı, ancaq akademik özünü asmağı seçmişdir. Akademik Leqasov ölümündən bir gün sonra Çernobıl faciəsinin səbəblərini açıqlayacaqdı.

Ölümündən əvvəl, o, faciənin az bilinən faktları barədə lent yazmışdır.

Onun meyiti Moskva şəhərində yerləşən Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.

Mükafat və təltiflər 20 sentyabr 1996-cı il tarixində Rusiya Federasiyası Prezidenti Boris Yeltsinin 1373-cü nömrəli sərəncamı ilə Valeri Leqasova ölümündən sonra "Çernobıl qəzasının likvidasiyasında göstərdiyi cəsarət və qəhrəmanlığa görə" Rusiya Federasiyasının Qəhrəmanı titulu verilmişdir. Lenin mükafatı SSRİ dövlət mükafatı Tula vilayətinin fəxri vətəndaşı

Əsərləri Valeri Leqasov çoxlu elmi sənəd və publikasiya məqalələrin müəllifi olmuşdur. Onlardan ən tanınmışı:

Qeydlər

Mənbə İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Leqasovun səsyazmalarının stenoqramı — pseudology.org saytında. Alimin qəbri — Novodeviçye qəbiristanlığının rəsmi saytında. Valeri Leqasov haqqında məqalə — «Natsionalnaya bezopasnost» jurnalında. Çernobıl qəzası barədə Leqasovun raportu — Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmi saytında.

Videomaterial «Чернобыль. Тайна смерти академика Легасова» — sənədli film, 2004-cü ildə çəkilmişdir. «Самоубийство после Чернобыля. Академик Легасов» — sənədli film, 2004-cü ildə çəkilmişdir. «Тайны века: Ликвидатор» — sənədli film, 2006-cı ildə "Pervıy kanal" tərəfindən çəkilmişdir. «Дело тёмное: Академик Легасов. В зоне радиационной опасности» — sənədli film, 2011-ci ildə çəkilmişdir. «Герои России. Предельно допустимая доза» — sənədli film, İqor Qriqoryev tərəfindən çəkilmişdir.

Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Çernobıl likvidatorları Kateqoriya:Özünü asaraq intihar edənlər Kateqoriya:Çernobıl faciəsi Kateqoriya:SSRİ kimyaçıları