Babaxan Məhəmməd Şərif (, d. 1 may 1949, Xarəzm, Özbəkistan) — özbək yazıçı, tədqiqatçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru, professor.

Həyatı Babaxan Məhəmməd Şərif 1949-cu il may ayının 1-də Özbəkistanın Xarəzm vilayətində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1971-ci ildə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə Daşkənd İdarəetmə və Politologiya İstitutunu bitirmişdir. Evlidir, 4 övladı var.

Fəaliyyəti Babaxan Məhəmməd Şərif "Muştum" jurnalı və " Daşkənd axşamı" qəzetində müxbir, Özbəkistan nəşriyyat evində bölmə müdiri, Özbəkistan Mətbuat Nazirliyi baş editor- məsləhətçi, Qafur Qulam Nəşriyyatının baş direktoru, Özbəkistan Prezidenti yanında Dövlət və Cəmiyyət Quruluşu Akademiyası nəşriyyatının müdiri vəzifələrini icra etmişdir.

Kitabları və tərcümələri

Kitabları Şair və Cəmiyyət adamı (Daşkənd, "Özbəkistan" nəşriyyat evi, 1979) Atəşli sənətçi (Daşkənd, "Özbəkistan" nəşriyyat evi, 1981) . Damcıda yansıyan günəş (Daşkənd, "Özbəkistan" nəşriyyat evi, 1982) Türkcə danışaq! (Daşkənd, "Mehnat" nəşriyyat evi, 1991) Özbəkçə danışaq (Daşkənd, "Qafur Qulam" nəşriyyat evi, 1994) Azadlıq və mənəviyyat (Daşkənd, "Akademiya" nəşriyyat evi, 2001) Haqdan xalqa (Daşkənd, "Musika" nəşriyyat evi, 2007) Türkcə-özbəkcə danışıq kitabı (Daşkənd, "Fan ve texnologiya" nəşriyyat evi, 2008) Ağıl oyunları (Daşkənd, "Vektor Press" nəşriyyat evi, 2008) Mən gedirəm eşq yoluna (Daşkənd, "Extremum Press" nəşriyyat evi, 2017) Özbəkcə-azərbaycanca lüğət (Daşkənd, 2019)

Tərcümələri Türkcədən özbək dilinə tərcümə etdikləri

Ömər Seyfəddin – Hekayələr Rəşad Nuri Güntəkin – Qan davası Rəşad Nuri Güntəkin – Yarpaq tökümü Rəşad Nuri Güntəkin – Bir qadın düşməni Rəşad Nuri Güntəkin – Atəş gecəsi Qaracaoğlan – Qara gözlüm hardasan (şeir toplusu) Nəcib Fazil Qısakürək hekayələri Yavuz Bahadıroğlu – Buxara yanır Yavuz Bahadıroğlu – Əlvida Buxara Yavuz Bahadıroğlu –Səlahəddin Əyyubi Yavuz Bahadıroğlu – Malazgirddə bir cümə səhəri Aydın Taneri – Xarəzmşah Cəlaləddin və dövrü S. Dərviş – Fosforlu Cevriyə İsmayıl Bozqurd – Manqal Yəhya Akengin – Şeirlər Yaqub Öməroğlu – On dollar, İki çinar Arslan Bayır – Bahar müjdəsi Ali Nəsim – Hekayələr Yunus Əmrə — Şeirlər Osman Çeviksoy – Sorğu Muhyi Gülşəni – Raşahatı Muhyi

Azərbaycan dilindən özbək dilinə tərcümə etdikləri

Anar – Gözmuncuğu E. Axundova – Heydər Əliyev Şəxs və cəmiyyət Pərvin – Qar yağacaq Ə. Həsənov – Geopolitika O. Kuznesov – "Qarabağ ixtilafı" əfsanələri haqqında həqiqət Ədil Cəmil şeirləri

Özbək dilindən türkcəyə tərcümə etdikləri

Çolpan — Könül (şeirlər) Aybek — Yar getdi Aman Metcan şeirləri Xasiyyət Rüstəmova şeirləri Alışır Dərviş şeirləri Orta əsrlərdə Şərqin böyük alim və mütəfəkkirləri

Bundan başqa Babaxan Məhəmməd Şərif rus dilindən 8 ərəri, o cümlədən Qabriel Qarsiya Markezin "Büyük Ananın cənazəsi" hikayeler toplusunu, Branislav Nuşiçin "Cəmiyyətin övladı" romanını özbək dilinə tərcümə etmiştir.

Antologiyaları XX əsr Özbək şeirinin antologiyası/ Azərbaycan dilində (tərtibçi, müəllif Babaxan Şərif, tərcüməçi Ramiz Əsgər). Bakı, 2009 XX əsr Azərbaycan şüirinin anatologiyası/ Özbək dilində (tərtibçi, müəllif Babaxan M. Şərif) Daşkənd, 2013

İstinadlar