Yavər Şahsuvar oğlu Əsədov () — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi
Həyatı Yavər Əsədov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvüdür. "Kommunist" qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000–2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.
Ailəlidir, dörd oğlu, bir qızı var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan karikaturçuları Kateqoriya:SSRİ Jurnalistlər İttifaqının üzvləri Kateqoriya:SSRİ Rəssamlar İttifaqının üzvləri