Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; ) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006).

Həyatı Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakültəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakültəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

20 dekabr 2020-ci ildə 65 yaşında vəfat edib.Vaqif Ucatay vəfat etdi

Yaradıcılığı 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. Bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 2007-ci ildə fərdi sərgisi açılıb. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib.

Əsərlərinin siyahısı 1987 — Nizami işığında (208x160 sm yağlı boya). — "Novruz süfrəsi" 2018 — Şair Məmmədhüseynin portreti (30x40 sm karton, yağlı boya).

İstinadlar

Xarici keçidlər

http://www.azercartoon.com/vaqif.htm

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan karikaturçuları Kateqoriya:Şabran rayonunda doğulanlar Kateqoriya:Ürək tutmasından ölənlər