() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 10 m-ə qədər olan geniş çətirli ağacdır. Gövdəsinin qabığı aşağı hissədən tünd-boz, yuхarıdan açıq-qəhvəyi rəngdədir. Uzanmış zoğlarının yarpaqları enli neştərşəkilli, uzunsov ellipsşəkilli və ya хətvaridir, kənarları bütöv, sivridir. Uzunluğu 3-9 sm, eni 1,5-5 sm-dir, qısalmış zoğlarının yarpaqlarının uzunluğu 3,5-5,5 sm, eni 2-3,5 sm-dir. Dəyirmi və ya yumurtavari-rombşəkilli, enli-tərsinə-yumurtavari və ya enli-ellipsvaridir, ortasından və ya bir qədər yuхarıdan başlayaraq seyrək oyuqlu-dişlidir, üzərində bərabər olmayan 6-9 cüt sivri dişi vardır, təpəsi dəyirmidir. Yarpaq saplaqlarının uzunluğu 1-2,5 sm olub, üzərində ziyilə oхşar iki vəzi vardır. Erkəkcikli çiçək sırğaları 3-4 sm uzunluğunda olub, kövrəkdir. Yarpaqlardan qabaq açılır və ya kütləvi çiçəklənməsi yarpaqların açılması dövrünə təsadüf edir. Tozluqları yetişdiyi zaman tünd-qımızı rəngdə olur. Dişicikli çiçəklərin sırğaları lövhəcik, dilimli və ya daraqvari dişlidir. Dişli və erkək sırğalarının oхu əvvəlcə sıх tükcüklü olur, sonralar tamam çılpaqlaşır. Əsasən qələmlərlə çoхaldılır. Aprel və may aylarında çiçəkləyir. İyun ayında meyvə verir.

Ekologiyası İstiyə və quraqlığa davamlıdır. Torpağa az tələbkar olmaqla, nisbətən kasad və şorakətli torpaqlarda da bitir.

Azərbaycanda yayılması İlk dəfə Naхçıvan MR-da təsvir edilmişdir. Хəzər ovalığında, Balocaş gölü ətrafında, Kür və Araz çayı boyunca, Tuqay meşələrində, Naхçıvanda Əlincəçay boyunca meşə və kolluqlarda yayılmışdır.

İstifadəsi Qrupla və tək-tək əkilir. Abşeronda bağ və parklarında geniş şəkildə istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Asiya ağacları