() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Pakistan, Kaşmir, Əfqanıstan, Mərkəzi Asiya, Çin, İran, İraq, Türkiyə, Livan, Suriyada yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 30 m-dək olan ağacdır. Cavan budaqları çılpaq və ya seyrək tükcüklü, qonur və ya sarımtıldır. Yarpaqları lansetvari və ya yumurtavari üçkünc, əvvəlcə ağımtıl-gümüşü, sonradan parlaq, uzunluğu 5–8,5 sm, eni 1,3–2 sm, bünövrəsinə tərəf daralmış, kənarları dişlidir. Tumurcuqları əvvəlcə tükcüklü, sonra çılpaq, yumurtavari-lansetvari və ya yumurtavari-üçküncdür. Erkək çiçəyin uzunluğu 3–4,5 sm, eni 4–5 mm-dir. Çiçək yanlığı yumurtavari, erkəkcikləri 2, bünövrəsində tükcüklü, uzunluğu 5–7(9) mm, tozluğu 0,8–0,9 mm, yumurtavari 0,5 sm-dir. Dişi çiçəyin uzunluğu 1,5–3 sm, eni 0,5 sm-dir. Yumurtalığı yumurtavari-konusvari, uzunluğu 3 mm, çılpaqdır.

Ekologiyası Quraqlıq və işıqsevən, torpağa tələbkar olmayan bitkidir. Rütubətli yerlərə də rast gəlinir.

Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Azərbaycan ağacları Kateqoriya:Əfqanıstan florası Kateqoriya:İran florası Kateqoriya:Pakistan florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:20–24 ID olan Taksonbar