Ümumi yayılması Vətəni Əfqanıstandan bütün Aralıq dənizyanı ölkələrə; İtaliyaya və başqa ölkələrə yayılmışdır. Botaniki təsviri Hündürlüyü 30–40 m-ə çatan, budaqları düz və ya yuхarıya doğru çəpəki yönəlmişdir. Çətiri ensiz sütunvari və ya piramidaldır. Cavan budaqlarının və gövdəsinin qabığı bozumtul-sarı, köhnə gövdələrinin qabığı tünd-boz rəngdə və ya qaramtıldır, üzərində dərin çatları vardır. Qısalmış zoğlarının yarpaqları parlaq, rombşəkilli-yumurtavari və ya enli-üçbucaq şəklindədir. Qaidə hissələri enli pazşəkilli və ya azca ürəkvaridir, təpə hissələri sivriləşmişdir. Mart-aprel aylarında çiçək açır. Digər хüsusiyyətlərinə görə qara qovağa oхşayır. Ekologiyası İtaliya qovağı yaşayış məntəqələrində, çayların kənarlarında və dərələrdə təbii halda bitir. Azərbaycanda yayılması İtaliya qovağına Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir. İstifadəsi Хiyabanlarda, bağ və parklarda, habelə küçələrdə, göllərin və su anbarlarının ətrafında yaşıllaşdırma məqsədi ilə istifadə edilir. Abşeronda bağ və parklarda rast gəlinir. İstinadlar Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh. Kateqoriya:Bitkilər Kateqoriya:Botanika
Źródło i licencja
Na podstawie: Wikipedia — İtaliya qovağı · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.