Milli bomba — Rejissor Vaqif Mustafayevin filmi.Mirzə, H. Öz başımıza salınmalı "Milli bomba": Kinorejissor Vaqif Mustafayev doğru düşündü, əla çəkdi //Olaylar.- 2011.- 4 may.- S. 10.

Məzmun Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...

Film haqqında Azərbaycan filmə 300 min dollar ayırmışdır. Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi". Məqalədə deyilir: ""Milli Bomba" xalqların keçmiş "qardaşcasına dostluğuna" yasin oxumaqdır: burada sovet psixologiyasının "əlacsız izi" var və şanlı Bakı sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünür. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cürə birləşdirə bilmirlər". Filmin yaradılması ideyası 1991-ci ildə insanların adət etdikləri ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yeni həyatla ayaqlaşa bilmədikləri bir dövrdə meydana gəlib. Film Elçinin "Mənim ərim dəlidir" pyesinin motivləri əsasında çəkilib. Məşhur rus aktyoru Leonid Kuravlyovun filmdə rol aldığı səhnələr montaj zamanı kəsilmiş və filmin son versiyasına daxil olmamışdır.

Festivallar və mükafatlar 1)2004-cü ildə Smolenskdə(Rusiya) MDB və Baltikyanı Ölkələrin Beynəlxalq "Yeni Kino – XXI Əsr" Kinofestivalı Film baş Mükafat–Qran Pri almışdır. Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Mükafat verilmişdir. Bəstəkar Giya Kançeliyə xüsusi Mükafat verilmişdir.

2)Novqorodda(Rusiya) "Gülümsə, Rusiya" Komediya Filmləri Festivalı Filmə baş Mükafat verilmişdir.

3)2007-ci ildə Varnada(Bolqarıstan) XV Beynəlxalq "Məhəbbət Dəlilikdir" kinofestivalı Filmə "Acı Piyalə" Mükafatı verilmişdir.

Namizəd 1)2004-cü ildə Moskva(Rusiya) Beynəlxalq Kinofestivalı Film "Qızıl Müqəddəs Georgi" Mükafatına namizəd olmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor : Vaqif MustafayevAyxan. MDB-nin ilk kino festivalı: Tiflisdə keçirilən festivalda Azərbaycanı "Milli bomba" təmsil edib: [Kinorejissor Vaqif Mustafayevin eyni adlı filmi haqqında] //Ekspress.- 2010.- 3 noyabr.- S. 14. Ssenari müəllifləri : Elçin, Vaqif Mustafayev Quruluşçu operatorlar : Lomer Axvlediani, Cimşer Kristesaşvili Quruluşçu rəssam : Ağarəhim Əliyev Bəstəkar : Giya Kançeli Prodüser : Valeri Ruzin Montaj edənlər : Lyubov Xvostova, Nisə Hacıyeva Səs rejissoru: İqor Muqanov Səs operatoru Vidadi Samanduyev

Rollarda Avtandil Maxaradze - montajçı Yaşar Nuri - prodüser Əbdülqəni Nuriyyə Əhmədova - montajçının arvadı Əjdər Həmidov - Məmməd Arzu Hüseynov - montajçının oğlu Mənsur Məmmədov - Əbdülqəninin atası Gülşad Baxşıyeva - Əbdülqəninin arvadı Səidə Quliyeva - Əbdülqəninin qızı Murad Dadaşov - montajçı (gənc) Aysu Əfəndiyeva - montajçının arvadı (gənc) Şəfiqə Qasımova - katibə Bəhram Bağırzadə - radio aparıcısı Arif Qasımov - televiziya işçisi Arif Kərimov - televiziya işçisi Yana Nikitina - televiziya işçisi Kazım Abdullayev - referat Mir Teymur Məmmədov - qonşu Rafiq Əliyev - həkim Atəş Davudov - heykəltaraş Tamara Hüseynova - montajçının anası Mirzə Babayev - montajçının atalığı Əli Məmmədov - montajçı uşaqlıqda Dünyamin Hüseynov - kinostudiyanın direktoru Valeh Kərimov - Məmmədin atası Fatma Mahmudova - Məmmədin anası Həsən Məmmədov - epizod Adil Əliyev - epizod Yuri Rıjkov - epizod

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Rusiyanın komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:2004-cü ilin komediya filmləri