Təxəllüsü Mixaylo — "Salnamə" sənədli filmlər studiyası tərəfindən istehsal olunan rejissor Tahir Əliyevin eyni adlı filmi.Yeganə. "Təxəllüsü Mixaylo" növbəti mükafat aldı: ["Salnamə" sənədli filmlər studiyası tərəfindən istehsal olunan rejissor Tahir Əliyevin eyni adlı filmi Sloveniyada nümayiş etdirilib] //Mədəniyyət.- 2010.- 11 iyun.- S. 3.
Məzmun Film Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatı ilə bağlı faktlardan və əvvəllər məlum olmayan hadisələr əsasında qurulmuşdur. Filmdə qəhrəmanın keçdiyi şərəfli döyüş yolu bir daha vərəqlənir.
Film haqqında Film Mehdi Hüseynzadənin 90 illiyinə həsr edilib.
Mehdinin 10 nəfərə yaxın partizan yoldaşı lentə alınıb. Mehdinin Sloveniyada partizan hərəkatında iştirak etdiyi vaxt sevdiyi qız Anjelika indi də sağdır. Sloveniyalı bu qızın əsl adı Anjelidir. O, filmdə ilk dəfə Azərbaycan tamaşaçısına təqdim olunur.
Çəkilişlər üç aya yaxın müddətdə davam edib.
2010-cu ildə film Sloveniyada nümayiş etdirilib.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Tahir Əliyev Ssenari müəllifi: İntiqam Qasımzadə Operator: Elşən Əliyev Montaj edən: Fərid Axundov Musiqi tərtibatçısı: Aqşin Əlizadə Bədii rəhbər: Tofiq Məmmədov
Çəkilişə kömək edənlər Gəray Muradov (səfirlik müşaviri) Andrey Kampar (Novoqoritsa meriyasının əməkdaşı)
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Mehdi Hüseynzadə haqqında filmlər Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Müharibə filmləri Kateqoriya:Salnamə (film studiyası)